Naxçıvanda mikroavtobus dərəyə aşıb, 4 nəfər xəsarət alıb.
Bizim.Media xəbərverir ki, hadisə Naxçıvan-Batabat magistral yolunun Şahbuz rayonu Kolanı kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, 67-BF-243 dövlət nömrəli nişanlı "Mercedes"markalı mikroavtobus idarəetməni itirib. Yoldan çıxaraq dərəyə aşan mikroavtobusda olan sərnişinlərdən 4 nəfər xəsarət alıb. Onlar Naxçıvan MuxtarRespublika Xəstəxanasında yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, fakt araşdırılır. (Nuhcixan.az)
Bizim.Media