İnternetimiz daha sürətli olacaq: Hansı addımlar atılır?

"Azərbaycanda internetin sürəti inkişaf etmiş ölkələrdəki sürət səviyyəsinə çatdırılacaq". Bu sözləri İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) İdarə heyətinin sədri Nail Mərdanov internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə keçirilən görüşdə deyib. Onun sözlərinə görə, yenilənmiş infrastruktur, müştəri təcrübələri, latent tələb və digər araşdırmalar göstərir ki, internet sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün operator və provayderlərimiz artıq 150-200 Mbit/s-dən yuxarı internet sürət paketləri təqdim etməlidirlər. Ölkədə internetdən istifadə sürətinin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması üçün yüksəksürətli xidmət təkliflərinin olması zəruridir.

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"2,2 milyon sabit genişzolaqlı internet abunəçisi var"

Nail Mərdanov əlavə edib ki, hazırda ölkəmizdə 2,2 milyon sabit genişzolaqlı internet abunəçisi mövcuddur. Onlardan da 1,7 milyonu, yaxud 78%-i GPON texnologiyası istifadə edir. Bu texnologiya üzərindən 1 Gbit/s internet sürətinin təqdim olunması mümkündür. Hazırda 2,9 milyon ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı təmin olunub.

Maraqlıdır, bu hədəf nə dərəcədə realdır? İnternetin sürətinin inkişaf etmiş ölkələrdəki səviyyəyə çatdırılması üçün hansı addımlar atılmalıdır?

"Daha yüksəksürətli internet xidmətləri mümkündür"

İKTA-dan "Kaspi" qəzetinə verilən məlumata görə, son illər infrastrukturun formalaşdırılması, xidmət keyfiyyətinin artırılması istiqamətində atılan addımlar ölkədə internetin sürətinin artırılmasına imkan verir: "RİNN tərəfindən uğurla həyata keçirilən "Onlayn Azərbaycan" layihəsi çərçivəsində internet telekommunikasiya infrastrukturu ən müasir formada yenilənib və ən ucqarlarda yaşayan əhalinin belə yüksəksürətli internetə əlçatanlığı artıb. Hazırda 2,9 milyon ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı təmin olunub. İKTA tərəfindən aparılmış təhlillər onu göstərir ki, mövcud internet telekommunikasiya şəbəkəsi Azərbaycanda istehlakçılara daha yüksəksürətli internet xidmətləri təklif etməyə imkan verir. Həmçinin Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmləndirilməsi baxımından sürətin artırılması xüsusi əhəmiyyət kəsb edir".

"Hədəf indikatorları olaraq müəyyən edilib"

Qurumdan bildirilir ki, operator və provayderlərə istehlakçılara minimum 150 Mbit/s-dən başlamaqla 1 Gbit/s və daha yüksək internet sürəti də daxil olmaqla müxtəlif sürət paketlərini təklif etmək tövsiyə olunur: "Bu baxımdan "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"ndə nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində ölkəmizdə sabit genişzolaqlı şəbəkədə orta internet sürətinin 2025-ci ildə 50 Mbit/s-yə, 2025-ci ildən sonra isə inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılmasının hədəf indikatorları olaraq müəyyən edilib".

"Wi-Fi 4", "Wi-Fi 5" və "Wi-Fi 6" ...

İKTA-nın məlumatına görə, hazırda vətəndaşların istifadə etdikləri dördüncü, beşinci və altıncı nəsil modem və routerlər də sürət artımını dəstəkləyir: "Belə ki, "Wi-Fi 4", "Wi-Fi 5" və "Wi-Fi 6" adlandırdığımız həmin cihazlar müvafiq olaraq 600 Mbit/s, 3.5 Gbit/s və 9.6 Gbit/s sürəti ötürmə imkanına malikdir".

"Mühüm mərhələ arxada qalıb"

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyir ki, bu hədəfə çatmaq üçün provayderlərin xidmət keyfiyyətinə nəzarət gücləndirilməli, onların məsuliyyətli fəaliyyəti təşviq olunmalıdır: "Azərbaycanda internetin inkişaf etmiş ölkələr səviyyəsinə çatdırılması prosesi artıq yalnız infrastrukturun qurulması ilə deyil, bu infrastrukturun effektiv və səmərəli istifadəsi ilə bağlı məsələlərlə müəyyən olunur. Ölkə üzrə ucdan-uca fiber-optik şəbəkənin qurulması ilə mühüm mərhələ arxada qalıb. İndi əsas diqqət bu texniki potensialın tam reallaşdırılması və istifadəçilərə sabit, keyfiyyətli internet xidmətlərinin göstərilməsinə yönəlməlidir".

E.Abbasovun sözlərinə görə, rəqabət mühiti genişlənməli, tarif siyasəti şəffaf tənzimlənməli və xidmət göstəricilərinə dair ictimai monitorinqlər təmin edilməlidir. Bu yanaşma həm real sürət, həm də əlaqənin sabitliyi baxımından istifadəçi gözləntilərinin qarşılanmasına şərait yaradacaq. İnternet xidmətlərinin regionlarda da şəhər səviyyəsində əlçatanlığı mühüm prioritetlərdən biri olaraq qalmalıdır.

Beynəlxalq trafik kanalları şaxələndirilməlidir

AİKTSA sədri vurğulayır ki, xarici resurslara çıxışın optimallaşdırılması məqsədilə Transxəzər fiber-optik layihəsi kimi təşəbbüslər önə çəkilməlidir: "Digər strateji istiqamət isə beynəlxalq trafik kanallarının şaxələndirilməsi və Azərbaycanın regional trafik mübadiləsi mərkəzinə çevrilməsi ilə bağlıdır. Bu yanaşma ölkəmizin yalnız istifadəçi bazasına xidmət göstərən deyil, həm də regionda rəqəmsal infrastrukturun mərkəzi rolunu oynayan bir ölkə kimi mövqeyini gücləndirəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək – FOTO

Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək – FOTO

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri AÇIQLADI

Dünyada nə qədər qızıl var? - Alimlər rəqəmləri AÇIQLADI

Qattuzo İtaliya millisinin baş məşqçisi TƏYİN EDİLDİ

Qattuzo İtaliya millisinin baş məşqçisi TƏYİN EDİLDİ

ABŞ-dan Qrenlandiyaya 20 ildən sonra ilk birbaşa uçuş reallaşdı

ABŞ-dan Qrenlandiyaya 20 ildən sonra ilk birbaşa uçuş reallaşdı

Bu vitaminlər vacibdir

Bu vitaminlər vacibdir

İsrail İran XİN-in binasını vurdu: Yaralananlar var – VİDEO

İsrail İran XİN-in binasını vurdu: Yaralananlar var – VİDEO

Millimiz Avropa ÇEMPİONU OLDU

Millimiz Avropa ÇEMPİONU OLDU

İrandan təxliyə olunan rusiyalı alim: “Qonaqpərvər Azərbaycandayam” – VİDEO

İrandan təxliyə olunan rusiyalı alim: “Qonaqpərvər Azərbaycandayam” – VİDEO

Qara istiotun bilinməyən FAYDALARI

Qara istiotun bilinməyən FAYDALARI

Bakı sakini Gəncədə qətlə yetirildi

Bakı sakini Gəncədə qətlə yetirildi

İran ballistik raketlə Tel-Əvivdəki Ben Qurion hava limanını vurdu – VİDEO

İran ballistik raketlə Tel-Əvivdəki Ben Qurion hava limanını vurdu – VİDEO

"Durun, nədir bölüşə bilmədiyiniz?"

"Durun, nədir bölüşə bilmədiyiniz?"

Babası ilə birgə qəzada ölən Qalibin FOTOSU

Babası ilə birgə qəzada ölən Qalibin FOTOSU

ABŞ vətəndaşlarını İranı Azərbaycan yolu ilə tərk etməyə ÇAĞIRDI

ABŞ vətəndaşlarını İranı Azərbaycan yolu ilə tərk etməyə ÇAĞIRDI

İran ballistik raketlərlə Hayfanı vurdu – ANBAAN VİDEO

İran ballistik raketlərlə Hayfanı vurdu – ANBAAN VİDEO

Qusarda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş qol güləşi və “strict curl” üzrə açıq turnir keçirilib - FOTO

Qusarda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş qol güləşi və “strict curl” üzrə açıq turnir keçirilib - FOTO

Kürdəmirdə 21 min əhaliyə xidmət edən magistral su boru xətti partladı – FOTO

Kürdəmirdə 21 min əhaliyə xidmət edən magistral su boru xətti partladı – FOTO

“İsfahan reaktorunu məhv etdik” - Netanyahu

“İsfahan reaktorunu məhv etdik” - Netanyahu

220 Rusiya vətəndaşı İrandan Azərbaycana təxliyə EDİLDİ

220 Rusiya vətəndaşı İrandan Azərbaycana təxliyə EDİLDİ

Türkiyə QƏRAR VERDİ: İyulun 1-dən 15% artacaq

Türkiyə QƏRAR VERDİ: İyulun 1-dən 15% artacaq

SEPAH-ın kəşfiyyat rəisi və müavini də öldürüldü

SEPAH-ın kəşfiyyat rəisi və müavini də öldürüldü

Arvadını qonşudakı qadına bənzədiyi üçün döyüb – Bakıda İLGİNC OLAY

Arvadını qonşudakı qadına bənzədiyi üçün döyüb – Bakıda İLGİNC OLAY

Nüşabə nəvəsini dollar YAĞIŞINA TUTDU – VİDEO

Nüşabə nəvəsini dollar YAĞIŞINA TUTDU – VİDEO

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

End of content

No more pages to load

RADİO