Dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri, Ə.Əliyev küçəsində yerləşən "Cahan ticarət mərkəzi"ndə fəaliyyət göstərən qutab, "peraşki" və digər fastfud qida satışı xidməti göstərən bir sıra obyektlərdə, "Bazar gölü" ərazisində yerləşən dönərxana və kabab xidməti göstərən ictimai iaşə xidmət sahələrində, meyvə-tərəvəz və qarışıq çərəzlərin satışını həyata keçirən ticarət obyektlərində və Atabəylər məhəlləsində fəaliyyət göstərən "Real dönər" dönərxanasında qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə və sanitar gigiyenik qaydalara əməl olunmadığı aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək sözügedən obyektlərin fəaliyyəti məhdudlaşdırılıb.
Bizim.Media