Biləsuvarın Ağalıkənd kəndi yaxınlığında ağır yol qəzası baş verib. İlkin məlumatlara görə, iki avtomobilin toqquşması ilə nəticələnən qəza zamanı iki nəfər həyatını itirib.
Bizim.Media xəbər verir ki hadisə yerinə təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda qəzanın başvermə səbəbləri araşdırılır. Əlavə məlumatlar yaxın saatlarda açıqlanacaq.
Sabutay, Bizim.Media, Cənub bürosu