FHN-dən hava ilə bağlı əhaliyə MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyinin gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə Bizim.Media-ya FHN-dən məlumat verilib.

Qeyd olunub ki, yaxın günlər ərzində bəzi ərazilərdə güclü külək əsəcəyi, fasilələrlə yağış yağacağı, yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi çaylardan qısamüddətli sel və daşqın keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır:
 

“Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.


Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Bundan əlavə, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Həmçinin, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Həmçinin, Fövqəladə Hallar Nazirliyi çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əfəndidən ETİRAF: “Aşiqəm, qarşılıqlı sevgidir” - VİDEO

Əfəndidən ETİRAF: “Aşiqəm, qarşılıqlı sevgidir” - VİDEO

Azərbaycanın ilk buraxılış-keçid məntəqəsinin yaranmasından 33 il ötür – FOTO

Azərbaycanın ilk buraxılış-keçid məntəqəsinin yaranmasından 33 il ötür – FOTO

Rəqsanə Moskvadakı villasını GÖSTƏRDİ - VİDEO

Rəqsanə Moskvadakı villasını GÖSTƏRDİ - VİDEO

İran nüvə sazişindən çıxır - Deputatlar SƏS VERDİ

İran nüvə sazişindən çıxır - Deputatlar SƏS VERDİ

Dünya çempionatı: Cüdoçumuz dörddəbir finalda

Dünya çempionatı: Cüdoçumuz dörddəbir finalda

İsrail Tehrana raketlər daşıyan yük maşınlarını belə məhv etdi – VİDEO

İsrail Tehrana raketlər daşıyan yük maşınlarını belə məhv etdi – VİDEO

Niyə göbələkdən ZƏHƏRLƏNİRİK?

Niyə göbələkdən ZƏHƏRLƏNİRİK?

Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb – FOTO

Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb – FOTO

Netanyahu hərbi bazada komandanlarla görüşdü – VİDEO

Netanyahu hərbi bazada komandanlarla görüşdü – VİDEO

Bakıda bağ evlərinin kirayə QİYMƏTLƏRİ niyə artır?

Bakıda bağ evlərinin kirayə QİYMƏTLƏRİ niyə artır?

Saatlının üç kəndində qaz kəsiləcək

Saatlının üç kəndində qaz kəsiləcək

Arif Babayevlə bağlı üzücü xəbər - Həyat yoldaşı danışdı

Arif Babayevlə bağlı üzücü xəbər - Həyat yoldaşı danışdı

Gəncədə hamamda partlayış: 36 yaşlı qadın yanıq xəsarəti aldı

Gəncədə hamamda partlayış: 36 yaşlı qadın yanıq xəsarəti aldı

İsrail Ordusunun bir qismini Qəzzadan çıxartdı

İsrail Ordusunun bir qismini Qəzzadan çıxartdı

İsrail Tehranın hava məkanına tam nəzarət edir

İsrail Tehranın hava məkanına tam nəzarət edir

Elman Qarayev VƏFAT ETDİ

Elman Qarayev VƏFAT ETDİ

Bakıda olan israilli nazir ölkəsinə necə qayıdıb? – FOTO

Bakıda olan israilli nazir ölkəsinə necə qayıdıb? – FOTO

İsrailli analitik: “Bakının sülh üçün mümkün vasitəçiliyini dəstəkləyəcəyik” – ÖZƏL

İsrailli analitik: “Bakının sülh üçün mümkün vasitəçiliyini dəstəkləyəcəyik” – ÖZƏL

Aktyor Ənvər Abbasovun ölüm xəbərini yaydılar

Aktyor Ənvər Abbasovun ölüm xəbərini yaydılar

Zavodda partlayış: 9 yaralı var - VİDEO

Zavodda partlayış: 9 yaralı var - VİDEO

Rusiya Ukraynaya daha 1245 hərbi qulluqçunun cəsədini təhvil verdi – VİDEO

Rusiya Ukraynaya daha 1245 hərbi qulluqçunun cəsədini təhvil verdi – VİDEO

Bir neçə dövlətin rəsmiləri Xankəndidə - FOTO

Bir neçə dövlətin rəsmiləri Xankəndidə - FOTO

Avropalılar yenidən SƏRHƏDİMİZDƏ - Müşahidəçi, yoxsa kəşfiyyat qrupu?

Avropalılar yenidən SƏRHƏDİMİZDƏ - Müşahidəçi, yoxsa kəşfiyyat qrupu?

Knesset bugünkü iclasını bunkerdə keçirəcək

Knesset bugünkü iclasını bunkerdə keçirəcək

End of content

No more pages to load

RADİO