İyunun 6-da gecə saatlarında Səbail rayonu ərazisində Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidovanı skuterlə vuran şəxs müəyyən edilib.
Bizim.Media xəbər verir ki, DİN Mətbuat Xidmətinin əməkdaşı E. İbrahimov qafqazinfo.az-a bildirib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Ucar rayon sakini R.Abdullayev saxlanılıb.
Araşdırma aparılır.
Bizim.Media