Bakı-Qazax sürətli sərnişin qatarı istifadəyə verildi

Bu gündən etibarən dəmir yolu ilə səfər edən sərnişinlər Qazaxa da qatarla gedə biləcəklər.

Bu barədə Bizim.Media “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Yenilik Bakı-Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunun iyunun 15-dən Qazax stansiyasına qədər uzadılması ilə bağlıdır. Yeni marşrut üzrə ilk dəfə olaraq “Stadler Rail Group” şirkətinin istehsalı olan birmərtəbəli, müasir və komfortlu qatarlar hərəkətə buraxılıb.

Əvvəllər (2019-cu ilin dekabr ayınadək) Bakıdan Qazaxa qatarla səyahət 8 saat 25 dəqiqə çəkirdisə, indi bu məsafə cəmi 5 saat 36 dəqiqəyə qət olunacaq.

Yeni hərəkət cədvəlinə əsasən, Bakıdan Qazaxa qatarlar hər gün saat 08:00 və 18:00-da yola düşərək, müvafiq olaraq saat 13:36 və 23:36-da mənzil başına çatır. Qazaxdan Bakıya isə qatarlar saat 08:00 və 16:20-də çıxaraq, saat 13:29 və 21:49-da Bakı Dəmiryol Vağzalına çatır.

Marşrut üzrə dinamik qiymət siyasəti tətbiq ediləcək. Bakı-Qazax istiqamətində standart sinif yerlər üçün biletin minimal qiyməti 16,2 manat təşkil edəcək.

Yeni qatar xəttinin təhlükəsiz və fasiləsiz fəaliyyəti məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC Ağstafa-Qazax sahəsində əsaslı təmir və yenidənqurma işləri aparıb. Bu çərçivədə enerji, rabitə və işarəvermə sistemlərinin layihələndirilməsi işləri görülüb, həmçinin Qazax stansiyasının binası təmir olunub və gözləmə zalı yenilənib.

Yeni marşrutun istismara verilməsi sərnişin daşımalarında əhəmiyyətli artım vəd edir. İlkin hesablamalara əsasən, bu xətt üzrə ildə əlavə təxminən 10 000 sərnişin daşınacağı gözlənilir.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranda iki "Mossad" agenti SAXLANILDI

İranda iki "Mossad" agenti SAXLANILDI

Şıx çimərliyində boğulanlardan biri Cəlilabad sakini olub

Şıx çimərliyində boğulanlardan biri Cəlilabad sakini olub

İranın ümumilikdə 14 nüvə alimi öldürülüb - Reuters

İranın ümumilikdə 14 nüvə alimi öldürülüb - Reuters

Sabirabadda klinikada YANĞIN - YENİLƏNİB/VİDEO

Sabirabadda klinikada YANĞIN - YENİLƏNİB/VİDEO

"Tezliklə İsrail və İran arasında sülh olacaq" – Tramp

"Tezliklə İsrail və İran arasında sülh olacaq" – Tramp

Bakıda avtobus sürücüsü kimi gündəmə gələn narkoman vəfat etdi

Bakıda avtobus sürücüsü kimi gündəmə gələn narkoman vəfat etdi

Zaqatalanın bir sıra kəndlərinə dolu yağdı - FOTO

Zaqatalanın bir sıra kəndlərinə dolu yağdı - FOTO

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir

“Düşünün, İranın nüvə silahı olsa, nə olardı...” – Netanyahu

“Düşünün, İranın nüvə silahı olsa, nə olardı...” – Netanyahu

Bakıda bu ərazidə yeni hərəkət zolağı yaradıldı – FOTO

Bakıda bu ərazidə yeni hərəkət zolağı yaradıldı – FOTO

Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib - VİDEO

Şirvanda keçmiş məcburi köçkünlərə ödənişsiz hüquqi yardım göstərilib - VİDEO

22 Qırğızıstan vətəndaşı İran sərhədindən keçərək Azərbaycana təxliyə edildi – FOTO

22 Qırğızıstan vətəndaşı İran sərhədindən keçərək Azərbaycana təxliyə edildi – FOTO

Pezeşkian İraqa tapşırıq verdi - “Ciddi nəzarət edin”

Pezeşkian İraqa tapşırıq verdi - “Ciddi nəzarət edin”

Naxçıvanda mikroavtobus dərəyə aşdı: Xəsarət alanlar var – FOTO

Naxçıvanda mikroavtobus dərəyə aşdı: Xəsarət alanlar var – FOTO

"WhatsApp"dan YENİLİK

"WhatsApp"dan YENİLİK

SON DƏQİQƏ! İran İsrailə 50-yə yaxın ballistik raket atdı - FOTO

SON DƏQİQƏ! İran İsrailə 50-yə yaxın ballistik raket atdı - FOTO

Goranboyda taksi sürücüsü DÖYÜLDÜ

Goranboyda taksi sürücüsü DÖYÜLDÜ

Camal Hill Bakıya gəldi – FOTO

Camal Hill Bakıya gəldi – FOTO

İsrail SEPAH qərargahını bombaladı – VİDEO

İsrail SEPAH qərargahını bombaladı – VİDEO

50 qırıcı gecə saatlarında Tehrandakı nüvə layihəsi obyektlərinə hücum edib - VİDEO

50 qırıcı gecə saatlarında Tehrandakı nüvə layihəsi obyektlərinə hücum edib - VİDEO

Rusiyadan on minlərlə alim qaçır - Kəşfiyyat

Rusiyadan on minlərlə alim qaçır - Kəşfiyyat

SEPAH-ın daha yeddi yüksəkrütbəli hərbçisi öldürüldü

SEPAH-ın daha yeddi yüksəkrütbəli hərbçisi öldürüldü

Bakıda güclü külək ağacı qadının üzərinə aşırdı

Bakıda güclü külək ağacı qadının üzərinə aşırdı

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

78 milyard dollar dəyərində nəhəng qızıl yatağı tapıldı

End of content

No more pages to load

RADİO