İyunun 14-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yay mövsümü ilə əlaqədar paytaxtda növbəti dəfə təmizlik işləri aparılıb.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, təmizlik işləri çərçivəsində kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 550 əsas küçə, prospekt və məhəllədaxili yolları yuyulub və eyni zamanda, genişmiqyaslı abadlıq işləri həyata keçirilib.
İməcilik paytaxtın bütün rayonlarını əhatə edib.
Bizim.Media