Şəki şəhərində yük avtomobili yük boşaldərkən aşıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, nəqliyyat vasitəsində olan 1968-ci il təvəllüdlü Rizvan Cəlilov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb olunsa da həkimlər gələnə kimi ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu