Bu gün Qusar rayonunun Hil kəndində fərdi yaşayış evində yanğın baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, saat 17:46 radələrində Qusar rayon dövlət yanğından mühafizə hissəsinin Şimal Regional Mərkəzinin Operativ məlumat şöbəsinə Qusar rayonu, Hil kəndində fərdi yaşayış evinin yanması barədə məlumat daxil olub.
Çağırış ünvanına Qusar rayon dövlət yanğından mühafizə hissəsinin 1 yanğınsöndürmə avtomobili və 7 nəfər şəxsi heyəti cəlb olunub.
Yanğının səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.