AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını ARTIRIR

Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini artırır.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Bakı–Naxçıvan–Bakı marşrutu üzrə artan sərnişin tələbatını nəzərə alaraq artıq əlavə reyslər planlaşdırılıb. İyun ayında bayram günləri ilə əlaqədar uzunmüddətli istirahət dövründə bu marşrut üzrə uçuşların sayı daha da artırılacaq: bəzi günlərdə reyslərin sayı 12-yə çatacaq. Tələbatın artacağı halda əlavə reyslərin təyin olunması da mümkündür. Ümumilikdə, iyun ayı ərzində Naxçıvan istiqamətində müntəzəm və əlavə reyslər daxil olmaqla 430-dan çox uçuşun yerinə yetirilməsi nəzərdə tutulur.

Bakı–İstanbul–Bakı marşrutu üzrə əlavə reyslər 26 və 29 iyun tarixlərində yerinə yetiriləcək ki, bu da həmin günlərdə uçuşların sayını gündəlik 3-ə çatdıracaq.

Bundan əlavə, AZAL 2 iyul tarixindən etibarən Mərkəzi Asiya ölkələrinə uçuş proqramını genişləndirir. Daşkənd istiqamətinə əlavə reyslər çərşənbə axşamları, Almatıya çərşənbə günləri, Astanaya isə cümə axşamları yerinə yetiriləcək. Hər bir istiqamət üzrə həftədə 6 reys planlaşdırılıb.

AZAL sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı tövsiyə edir. Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün www.azal.az rəsmi saytına, aviaşirkətin mobil tətbiqinə və akkreditə olunmuş agentliklərə müraciət etmək olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: Azərbaycan müstəqil siyasətini cəsarətlə davam etdirir

Prezident: Azərbaycan müstəqil siyasətini cəsarətlə davam etdirir

İlham Əliyev Azərbaycanın həyata keçirdiyi layihələrin ƏHƏMİYYƏTİNDƏN DANIŞDI

İlham Əliyev Azərbaycanın həyata keçirdiyi layihələrin ƏHƏMİYYƏTİNDƏN DANIŞDI

FAKTİKİ HAVA: Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir

FAKTİKİ HAVA: Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçir

Skuterlə aktrisanı vuran şəxs TUTULDU

Skuterlə aktrisanı vuran şəxs TUTULDU

Hidayət Heydərov dünya çempionatında mübarizəyə başlayır

Hidayət Heydərov dünya çempionatında mübarizəyə başlayır

Azərbaycanda çimərlik mövsümünə START VERİLİR

Azərbaycanda çimərlik mövsümünə START VERİLİR

Şuşada beynəlxalq konfrans: İlham Əliyevin müraciəti oxundu

Şuşada beynəlxalq konfrans: İlham Əliyevin müraciəti oxundu

Bəhram Rəcəbzadə dəhşətli zərbə ilə nokaut oldu - VİDEO

Bəhram Rəcəbzadə dəhşətli zərbə ilə nokaut oldu - VİDEO

İran üçün həyəcan siqnalı: Əgər bu infrastrukturu itirsə...

İran üçün həyəcan siqnalı: Əgər bu infrastrukturu itirsə...

Məzunlar arasında Xalq artistinin oğlu da var - FOTO

Məzunlar arasında Xalq artistinin oğlu da var - FOTO

Sumqayıtda "Son zəng" də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu - VİDEO

Sumqayıtda "Son zəng" də məktəb direktoru Fəridə Cəlilova məzunları təhqir edib, qovdu - VİDEO

Doğum sayı azalır, yaşlıların sayı artır... – Dünya demoqrafik böhranın ASTANASINDA

Doğum sayı azalır, yaşlıların sayı artır... – Dünya demoqrafik böhranın ASTANASINDA

Neftin qiyməti 300 dollara qədər yüksələcək?

Neftin qiyməti 300 dollara qədər yüksələcək?

Alyona Əliyevadan PAYLAŞIM - FOTO

Alyona Əliyevadan PAYLAŞIM - FOTO

İran yenidən İsraili vurdu - 3 ölü, 140 yaralı var - VİDEO

İran yenidən İsraili vurdu - 3 ölü, 140 yaralı var - VİDEO

Yaşıl gözlü insanlardan qorxun - SƏBƏB

Yaşıl gözlü insanlardan qorxun - SƏBƏB

Bakı-Qazax sürətli sərnişin qatarı istifadəyə verildi

Bakı-Qazax sürətli sərnişin qatarı istifadəyə verildi

Mehriban Əliyevadan Milli Qurtuluş Günü münasibətilə PAYLAŞIM -FOTO

Mehriban Əliyevadan Milli Qurtuluş Günü münasibətilə PAYLAŞIM -FOTO

3 ölkə hava MƏKANINI yenidən bağladı

3 ölkə hava MƏKANINI yenidən bağladı

Kahramanmaraşda Azərbaycan məhəlləsinin icrası 80 faiz başa çatıb - FOTO

Kahramanmaraşda Azərbaycan məhəlləsinin icrası 80 faiz başa çatıb - FOTO

Britaniya İrana və İsrailə müraciət etdi: “Gərginliyə son qoyun!”

Britaniya İrana və İsrailə müraciət etdi: “Gərginliyə son qoyun!”

İran hava məkanını bu tarixədək bağlı SAXLAYACAQ

İran hava məkanını bu tarixədək bağlı SAXLAYACAQ

Ziyarətgaha gedən zəvvarlar helikopterdə QƏZAYA düşdü - 5 ölü var

Ziyarətgaha gedən zəvvarlar helikopterdə QƏZAYA düşdü - 5 ölü var

“Zirə”də növbəti MÜQAVİLƏ

“Zirə”də növbəti MÜQAVİLƏ

End of content

No more pages to load

RADİO