Yaşıl banan xərçəngə yoluxmanın QARŞISINI ALIR

Banan yuxarı həzm sistemi xərçəngi riskini azalda və ümumilikdə onkoloji xəstəliklərin qarşısının alınmasına kömək edə bilər.

Bizim.Media xəbər verir ki, lakin burada bir nüans var, bananlar yaşıl olmalıdır.

Yaşıl bananlar niyə belə faydalıdır?

Bu meyvələrdə olan davamlı nişasta unikal lif növüdür; o, nazik bağırsaqda həzm olunmur, əksinə, yoğun bağırsağa keçir, burada fermentasiya olunur və faydalı bakteriyaları qidalandırır. Bu fermentasiya prosesi qısa zəncirli yağ turşuları, o cümlədən butirat istehsal edir ki, alimlərə görə, bu maddələr şişlərin böyüməsinin qarşısını almaqda mühüm rol oynayır.

Davamlı nişasta həmçinin bağırsaq bakteriyalarının öd turşularını necə emal etməsini dəyişə bilər ki, nəticədə DNT-yə zərər verən və xərçəngi təşviq edən öd turşularının səviyyəsi azalır.

Araşdırmanın detalları

Tədqiqat iştirakçılarına təsadüfi qaydada üç müalicə üsulundan biri təyin olunub: gündəlik 600 milliqram aspirin, 30 qram davamlı nişasta. Onlar bu müalicələri iki il ərzində qəbul ediblər və nə iştirakçılar, nə də tədqiqatçılar kimin nə qəbul etdiyini bilməyib (ikiqat kor üsul).

Linç sindromu nədir?

Linç sindromu irsi xəstəlikdir və xeyli sayda xərçəng növünün riskini artırır; təxminən hər 300 nəfərdən birində rast gəlinir. Bu sindromdan əziyyət çəkənlərin 80 faizə qədəri həyatları boyu kolorektal (yoğun bağırsaq) xərçənginə tutulma riski daşıyır. Bundan əlavə, onlarda uşaqlıq, yumurtalıq və digər xərçəng növlərinin də riski artır.

İlk illərdə qruplar arasında xərçəng göstəricilərində ciddi fərqlər müşahidə olunmasa da, epidemioloji məlumatlar aspirinin profilaktik təsirinin daha sonra özünü göstərə biləcəyini göstərirdi. Bəzi iştirakçılar 20 ilə qədər müşahidə edilib.

Uzunmüddətli nəticələr gözlənilməz olub. Davamlı nişasta yoğun bağırsaq xərçənginin göstəricilərini azaltmasa da, Linç sindromu ilə bağlı digər xərçəng növlərinin riskini 50%-dən çox azaldıb.

Xüsusilə, yuxarı həzm sistemi, qida borusu, mədə, öd yolları və mədəaltı vəz xərçəngi üzrə qoruyucu təsir daha qabarıq olub. Davamlı nişasta qəbul edən 463 iştirakçıdan cəmi 5 nəfərdə yuxarı həzm sistemi xərçəngi aşkarlanıb, plasebo qəbul edən 455 iştirakçıdan isə 21 nəfərdə bu xərçəng qeydə alınıb.

Nyukasl Universitetindən professor, qidalanma üzrə ekspert Con Maters bu nəticələrin əhəmiyyətini vurğulayıb. Tədqiqat eyni zamanda aspirinin də faydasını təsdiqləyib. Aspirin qəbul edən iştirakçılarda yoğun bağırsaq xərçəngi riski 50 faiz azalıb.

Davamlı nişastanın digər üstünlükləri arasında uzun müddətli toxluq hissi, qəbizliyin müalicəsi və profilaktikası, xolesterin səviyyəsinin azalması, yoğun bağırsaq xərçəngi riskinin azalması və digər liflərə nisbətən daha az qaz əmələ gətirməsi var; çünki davamlı nişasta yavaş fermentasiya olunur. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"DÇ-2026 tarixin ən böyük mundialı olacaq"

"DÇ-2026 tarixin ən böyük mundialı olacaq"

Azərbaycan HDQ-nin gəmiləri Qazaxıstana yola düşdü - FOTO

Azərbaycan HDQ-nin gəmiləri Qazaxıstana yola düşdü - FOTO

İlham Əliyev Britaniya Kralını TƏBRİK ETDİ

İlham Əliyev Britaniya Kralını TƏBRİK ETDİ

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını ARTIRIR

AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını ARTIRIR

Qusarda ev YANDI

Qusarda ev YANDI

Şəkidə külək və yağış fəsadlar törətdi, bəzi ərazilər işıqsız və susuz qaldı - FOTO/VİDEO

Şəkidə külək və yağış fəsadlar törətdi, bəzi ərazilər işıqsız və susuz qaldı - FOTO/VİDEO

Bu məşhurların övladları MƏZUN OLDU - FOTO/VİDEO

Bu məşhurların övladları MƏZUN OLDU - FOTO/VİDEO

“Qarabağ”la bağlı transfer iddiası - Dieqo Kampos…

“Qarabağ”la bağlı transfer iddiası - Dieqo Kampos…

Lənkəranda yeniyetmə dənizdə BOĞULDU

Lənkəranda yeniyetmə dənizdə BOĞULDU

Bu bürclər yuxularında gələcəklərini GÖRÜRLƏR

Bu bürclər yuxularında gələcəklərini GÖRÜRLƏR

Şimal-qərb bölgəsində 5800 məzun üçün “Son Zəng” ÇALINDI - FOTO

Şimal-qərb bölgəsində 5800 məzun üçün “Son Zəng” ÇALINDI - FOTO

Əraqçi Aİ-ni Netanyahu hökumətinə təzyiq göstərməyə ÇAĞIRDI

Əraqçi Aİ-ni Netanyahu hökumətinə təzyiq göstərməyə ÇAĞIRDI

İmişlidə güllələnmə hadisəsi olub

İmişlidə güllələnmə hadisəsi olub

Ceyhun Bayramov Hakan Fidanla İsrail-İran münaqişəsini MÜZAKİRƏ ETDİ - YENİLƏNİB

Ceyhun Bayramov Hakan Fidanla İsrail-İran münaqişəsini MÜZAKİRƏ ETDİ - YENİLƏNİB

İrandan gətirilən “təzə qarpız” yükündə 207 kq-dan artıq narkotik AŞKARLANDI - FOTO

İrandan gətirilən “təzə qarpız” yükündə 207 kq-dan artıq narkotik AŞKARLANDI - FOTO

"SeaBreeze"də “CaspiMayr Retreat”in AÇILIŞI OLDU - VİDEO

"SeaBreeze"də “CaspiMayr Retreat”in AÇILIŞI OLDU - VİDEO

Zelenski Rubionu bu davranışına görə TƏNQİD ETDİ

Zelenski Rubionu bu davranışına görə TƏNQİD ETDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində YENİ HAKİM

Bakı Ağır Cinayətlər Məhkəməsində YENİ HAKİM

İsrail İranın 2 şəhərinə raket hücumları EDİR

İsrail İranın 2 şəhərinə raket hücumları EDİR

"Beşiktaş"ın borcu AÇIQLANDI - 16 milyard...

"Beşiktaş"ın borcu AÇIQLANDI - 16 milyard...

“Zümrüd Residence”də BƏDBƏXT HADİSƏ - 8 yaşlı uşaq öldü

“Zümrüd Residence”də BƏDBƏXT HADİSƏ - 8 yaşlı uşaq öldü

AZAL Bakı –Təbriz–Bakı marşrutu üzrə reysləri BU TARİXƏDƏK ləğv etdi

AZAL Bakı –Təbriz–Bakı marşrutu üzrə reysləri BU TARİXƏDƏK ləğv etdi

Dövlət büdcəsindən 13 milyon AYRILDI – Şagirdləri çaşdıran dərsliklər YENİLƏNİR?

Dövlət büdcəsindən 13 milyon AYRILDI – Şagirdləri çaşdıran dərsliklər YENİLƏNİR?

Bərdə rayonunda təhsillə bağlı hansı yeniliklər olacaq? – VİDEO

Bərdə rayonunda təhsillə bağlı hansı yeniliklər olacaq? – VİDEO

End of content

No more pages to load

RADİO