"Xarı bülbül"də DAVA: Gənc nişanlısı ilə qeyri-etik hərəkətlər etdi, döyüldü

Sumqayıt şəhərində restoranda dava olub.

Bizim.Media teleqraf-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən "Xarı bülbül" restoranında keçirilən toy məclisində baş verib.

Məclisdə Vasif adlı şəxs özünün 2004-cü il təvəllüdlü Murad Məstalıyev və Sənan Şahməmmədov tərəfindən döyülməsi barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verib.
 

Müraciət üzrə təhqiqatçılar araşdırma aparıblar. Hər iki şəxsin izahatı alınıb, iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilib. Zərərçəkmiş şəxsin bədəni üzərində dərəcəsi təyin edilməyən xəsarətlər aşkarlanıb. Təqsirkar şəxslərə İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham verilib.


İş üzrə izahat verən Murad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası və atası ilə "Xarı bülbül" restoranında keçirilən toy məclisində iştirak edib:

"Dayım oğlu Sənan və arvadı da toyda idilər. Onların masasının qonşuluğunda sonradan adını bildiyim Vasif və nişanlısı da əyləşmişdilər. Həmin şəxslər araq içib, özlərini normal aparmırdılar. İçkili halda nalayiq ifadələr işlədir, qeyri-etik hərəkətlərə yol verirdilər.

Vasifə yaxınlaşaraq toyda bizim ailə üzvlərimizin də olduğunu dedim, özünü normal aparmasını xahiş etdim. Amma o, dediklərimizə məhəl qoymadı. Buna görə Sənanla birlikdə Vasifi foyeyə dəvət etdik. Vasif pilləkənə çatanda onu itələdim, əlbəyaxa olduq. Yumruqla üzünə bir zərbə endirdim. Toyda olanlar bizi ayırdılar".

Murad ifadəsində əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışığa cəhd etsə də, barışığın alınmadığını bildirib.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Vasifin sözlərinə görə, nişanlısı ilə "Xarı bülbül" restoranında Taleh Salmanovun toy məclisində iştirak ediblər:

"Toyda içdim. Lakin heç bir qeyri-etik hərəkətə yol vermədim. Rəqs edərkən iki nəfər tanımadığım şəxs məni foyeyə çağırdı. Foyedə onlar yumruq-təpiklə məni vurmağa başladılar".

Zərərçəkmiş qeyd edib ki, hadisədən sonra bir müddət özündə olmadığı üçün daha sonra nə baş verdiyini xatırlamır:

"Məni döyənlərdən şikayət etmişəm. Onlardan şikayətçiyəm".

Bu işə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Murad 300 manat miqdarında cərimə olunub.

Digər təqsirli bilinən Sənan barəsində də inzibati qaydada tədbir görüləcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avstraliya Azərbaycana TƏŞƏKKÜR ETDİ

Avstraliya Azərbaycana TƏŞƏKKÜR ETDİ

Bakının su təminatı nə vaxt tam bərpa olunacaq? – RƏSMİ AÇIQLAMA

Bakının su təminatı nə vaxt tam bərpa olunacaq? – RƏSMİ AÇIQLAMA

Kürdəmirdə AĞIR QƏZA – Sürücü dərhal əməliyyata ALINDI – FOTO/VİDEO

Kürdəmirdə AĞIR QƏZA – Sürücü dərhal əməliyyata ALINDI – FOTO/VİDEO

O hovuz 23 il əvvəl tikilibmiş... - Sahibi danışdı - Video

O hovuz 23 il əvvəl tikilibmiş... - Sahibi danışdı - Video

Bakı sakinləri üçün mühüm YENİLİK – 21 il əvvəlki sistem qayıdır

Bakı sakinləri üçün mühüm YENİLİK – 21 il əvvəlki sistem qayıdır

Beyninə qan sızan Vüsal Murtuzəliyevin SON DURUMU açıqlandı

Beyninə qan sızan Vüsal Murtuzəliyevin SON DURUMU açıqlandı

Özbəkistan Prezidenti Azərbaycana səfərə HAZIRLAŞIR

Özbəkistan Prezidenti Azərbaycana səfərə HAZIRLAŞIR

Qaydalara əməl etməyən sürücülərin törətdiyi qəzaların ANBAAN VİDEOSU

Qaydalara əməl etməyən sürücülərin törətdiyi qəzaların ANBAAN VİDEOSU

Tələbə təqaüdləri ARTIRILIR? – Rəsmi AÇIQLAMA

Tələbə təqaüdləri ARTIRILIR? – Rəsmi AÇIQLAMA

İlham Əliyev özbəkistanlı naziri qəbul etdi – FOTO

İlham Əliyev özbəkistanlı naziri qəbul etdi – FOTO

Bakı-Qazax qatarına bilet qiymətləri açıqlandı – RƏSMİ

Bakı-Qazax qatarına bilet qiymətləri açıqlandı – RƏSMİ

Milçəklərin kökünü kəsir: hər otaqda 1 ədəd saxlayın

Milçəklərin kökünü kəsir: hər otaqda 1 ədəd saxlayın

Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

Daha bir rayonda yasda ehsan verilməsi ləğv edildi

Osetiyada azərbaycanlı gənc vəfat etdi

Osetiyada azərbaycanlı gənc vəfat etdi

Qubadlıda insan sümükləri TAPILDI

Qubadlıda insan sümükləri TAPILDI

I sinfə elektron qəbul DAVAM EDİR -BU TARİXƏDƏK

I sinfə elektron qəbul DAVAM EDİR -BU TARİXƏDƏK

Ayın sonuna qədər daha çox pul qazanacaq BÜRCLƏR

Ayın sonuna qədər daha çox pul qazanacaq BÜRCLƏR

Analitik, təxribatçı, yoxsa ÖNGÖRÜCÜ? – “Yeni Vanqa”ya çevrilən Jirinovskinin QORXUNC PROQNOZLARI – VİDEO

Analitik, təxribatçı, yoxsa ÖNGÖRÜCÜ? – “Yeni Vanqa”ya çevrilən Jirinovskinin QORXUNC PROQNOZLARI – VİDEO

İdarə rəisi və işçilərinə yekun ittiham verildi

İdarə rəisi və işçilərinə yekun ittiham verildi

Bir çox şəhər su altında qala bilər

Bir çox şəhər su altında qala bilər

“Bal Badem”in fəaliyyəti dayandırıldı - VİDEO

“Bal Badem”in fəaliyyəti dayandırıldı - VİDEO

İranın raketi İsraildə “Microsoft” binasını vurdu – VİDEO

İranın raketi İsraildə “Microsoft” binasını vurdu – VİDEO

Masallıda 14 yaşlı qız İTKİN DÜŞDÜ

Masallıda 14 yaşlı qız İTKİN DÜŞDÜ

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

End of content

No more pages to load

RADİO